Göygöldə yük maşını aşıb, sürücü ağır xəsarət alıb - YENİLƏNİB
- 24 noyabr, 2023
- 04:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl rayon Tülallar kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, həmin şəxs 1985-ci il təvəllüdlü Anar Vəliyevdir.
O, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qaldığı maşından çıxarılıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
06:45
Göygöldə şirkətlərdən birinə məxsus yük maşını aşıb, sürücü ağır xəsarətlər alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayon Tülallar kəndində qeydə alınıb.
Yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan sürücünün oradan çıxarılmasına çalışılır.
Faktla bağlı araşdırma aparılır.