Yuxarı

Göygöldə partlayış olub, gənc qadın yaralanıb

Ona sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulub

Göygöl. 10 avqust. REPORT.AZ/ Göygöl rayonunda partlayış baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Qırıqlı kənd sakini 1988-ci il təvəllüdlü Elnurə Ələddin qızı Kərimova hamam otağında çimərkən su qızdırıcısının (“kolonka”) partlaması nəticəsində xəsarət alıb. Xəstə Göygöl Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib.

Ona sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulub. E.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi