Göygöldə meyiti tapılan iki nəfərin sel axınına düşməsinin görüntüləri yayılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, selin insanları apardığı həmin görüntülər vətəndaşlar tərəfindən mobil telefon vasitəsi ilə lentə alınıb.
Qeyd edək ki, sel sularına düşən hər iki şəxsin - 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb və ailəsinə təhvil verilib.
Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.
Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:
"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".
Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış işləri davam etdirilir