Göygöldə ər və arvad yol qəzasında xəsarət alıb

Göygöldə ər və arvad yol qəzasında xəsarət alıb Yaralıların vəziyyəti orta-ağırdır
Hadisə
26 Yanvar , 2017 23:17
Göygöldə ər və arvad yol qəzasında xəsarət alıb

Göygöl. 26 yanvar. REPORT.AZ/ Axşam saatlarında Göygöl rayonunun Qızılca kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1949-cu il təvəllüdlü Eldar İbrahimovun sürdüyü "VAZ -2106" markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq qarşıda gedən başqa bir maşına çırpılıb.

Nəticədə E.İbrahimov və avtomaşında olan həyat yoldaşı, 1953-cu il təvəllüdlü Nəsibə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi