Bakı. 5 mart. REPORT.AZ/ Göygöl şəhərində iki nəfəri bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Vüsal Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 2-də Göygöl şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan, 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan, 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon, Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib.
Daha sonra cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, V.Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın N.Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.