Göygöldə ayı kəndə hücum edib

Göygöldə ayı kəndə hücum edib Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.
Hadisə
13 Avqust , 2024 10:15
Göygöldə ayı kəndə hücum edib

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.

Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu "Report"un əməkdaşına gecə saatlarında həyətdə səs eşitdiyini bildirib.

O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb:

"Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Hardasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”.

Qeyd edək ki, son bir neçə ayda Göygöl rayonunun bəzi kəndləri ayı hücumuna məruz qalıb. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Son xəbərlər

Orphus sistemi