Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu

Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu Göygöl şəhərində yerli sakin qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Hadisə
1990
24 Avqust , 2020 09:28
Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu

Göygöl rayonunda qonşusunun qarın nahiyəsinə armatur parçası ilə xəsarət yetirən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Göygöl rayon sakini, 40 yaşlı Natiq Niftəliyevlə qonşusu 20 yaşlı Nazim Abbaslı arasında mübahisə yaranıb. Mübahisəyə isə tərəflərin övladları arasındakı mübahisə səbəb olub. Bu zaman N.Abbaslı armatur parçası ilə N.Niftəliyevin qarın nahiyəsinə xəsarət (kəsilmiş və deşilmiş) yetirib.

Yaralı öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

23 avqust, saat 18:47

Göygöl şəhərində yerli sakin qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Göygöl şəhər ərazisində 40 yaşlı Natiq Niftəliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb. O, öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin baş verdiyi şərait hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi