Göygöldə 2 narkotik istifadəçisi saxlanılıb - FOTO

Göygöldə 2 narkotik istifadəçisi saxlanılıb - FOTO Göygöl. 1 iyun. REPORT.AZ/ Göygöl rayonunda iki narkotik istifadəçisi saxlanılıb.
Hadisə
1 İyun , 2018 19:21

Göygöl. 1 iyun. REPORT.AZ/ Göygöl rayonunda iki narkotik istifadəçisi saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Kərimov və Fərman Mirzəyev tutulub.

E.Kərimovun üzərinə baxış keçirilən zaman iki ədəd kibrit qutusunun içərisində 32 ədəd siqaret kağızına bükülü, ümumi çəkisi 4.278 qram, F.Mirzəyevin üzərindən isə bir ədəd siqaret kağızına bükülü 0.7 qram çəkidə narkotik maddə hesab olunan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı onlar narkotik maddə istifadəçisi olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi