​Göyçayda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO

​Göyçayda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO Qəza nəticəsində hər iki avtomobil yarasız hala düşüb
Hadisə
29 İyun , 2016 01:38
​Göyçayda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO

Bakı. 29 iyun. REPORT.AZ/ Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan müxbirinin xəbərinə görə, hadisə gecə saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 193-cü km-də Göyçay rayonu Qaraməryəm kənd ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon Kürdmaşı kənd sakini 1990-cı il təvəllüdlü Anar Fərrux oğlu Novruzovun idarə etdiyi VAZ 2107 markalı 10-RG-807 dövlət qeydiyyat nişanlı minik maşını ilə Yevlax istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn, Kürdəmir rayon Topalhəsənli kənd sakini 1969-cu il təvəllüdlü Yunus Bağır oğlu Bəkirovun idarə etdiyi VAZ 2107 markalı 22-BE-451 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcləri ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay Mərkəzi Rayon Xəsətəxansının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki sürücünün vəziyyəti orta ağırdır. Qəza nəticəsində hər iki avtomobil yarasız hala düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi