Göyçayda yanğın zamanı 5 300 cücə tələf oldu - FOTO - VİDEO - YENİLƏNİB

Göyçayda yanğın zamanı 5 300 cücə tələf oldu - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
3 Mart , 2020 12:23
Göyçayda yanğın zamanı 5 300 cücə tələf oldu - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Video əlavə olunub


*** 11:26

Göyçayda cücə yetişdirmə sexində yanğın hadisəsi baş verib.

“Report”un bölgə müxbirinin məlumatına görə, hadisə bu gün saat 9:00 radələrində rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb. Sahibkar, 1947-ci il təvəllüdlü Süleymanov Pünhan Nadirxan oğluna məxsus ümumi sahəsi 221 kvadratmetr olan cücə yetişdirmə sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı sexin 90 kvadratmetrlik hissəsi yanıb, içəridəki 5 300 baş biraylıq cücə tüstüdən boğularaq tələf olub, 5 200 baş cücə xilas edilib, eləcə də yaxınlıqdakı 72 kvadratmetr sahəsi olan ev və 98 kvadratmetr sahəsi olan talvar yanğından mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, ev sahibinin sözlərinə görə yanğına səbəb qısa qapanmadan olduğunu deyir. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi