Göyçay sakininə məxsus avtomobil qəfil yanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı-Göyçay-Yevlax yolunun rayon ərazisindən keçən körpünün yaxınlığında qeydə alınıb.
Çayarxı kənd sakini, 1974-cü il təvəllüdlü Rəsulov Murad Qismət oğluna məxsus 90-BS-564 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobil qısaqapanmadan alışıb. Alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Buna baxmayaraq avtomobil yararsız vəziyyətə düşüb.
Fakt araşdırılır.