Prokurorluq Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

Prokurorluq Göyçayda törədilən qətllə bağlı məlumat yayıb Noyabrın 22-si saat 18 radələrində Göyçay rayonu Bəydövil kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
23 Noyabr , 2021 09:44
Prokurorluq Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

Noyabrın 22-si saat 18 radələrində Göyçay rayonu Bəydövil kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi