Goranboyda mikroavtobus aşıb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Goranboyda mikroavtobus aşıb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb
Hadisə
9 Aprel , 2017 09:10
Goranboyda mikroavtobus aşıb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Goranboy. 9 aprel. REPORT.AZ/ Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus "Mercedes" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb. Nəticədə avtobusun sürücüsü, 43 yaşlı Vüqar Bayramov, həmçinin sərnişinlər - Nəcibə Şirinova və Məhruzə Tağıyeva yaralanıb. Sürücünün vəziyyəti ağır olduğu üçün o, Bakı xəstəxanalarından birinə göndərilib. Digər xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb.

Fakt araşdırılır. 

Son xəbərlər

Orphus sistemi