Goranboyda yol-nəqliyyat hadisəsi olub, ata və oğul xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub, ata və oğul xəsarət alıb Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
13 Sentyabr , 2020 20:29
Goranboyda yol-nəqliyyat hadisəsi olub, ata və oğul xəsarət alıb

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd - Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil motosikletlə toqquşması nəticəsində, motosikletdə olan, 1978-ci il təvəllüdlü Aftandil Teymurov və 2005-ci il təvəllüdlü oğlu Amil xəsarət alıblar.

Hər ikisi xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi