Goranboyda yol kənarında meyiti aşkarlanan şəxsin kimliyi məlum olub

Hadisə
  • 06 iyul, 2018
  • 05:55
Goranboyda yol kənarında meyiti aşkarlanan şəxsin kimliyi məlum olub

Goranboy. 6 iyul. REPORT.AZ/ Goranboy rayon Nizami kənd ərazisində meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd ərazisində yol kənarında aşkarlanan meytin üzərində aparılan ekspertizadan sonra onun, Qazax rayon sakini Yaqubov İdris Şükür oğlu (1978) olduğu məlum olub.

Meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun günvurmadan öldüyü ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.

44 filmi