Goranboydakı yanğında tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboydakı yanğında tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub - YENİLƏNİB Goranboy rayonunun Yolqulular kəndində tövlə və ot tayası yanıb, bir nəfər tüstüdən zəhərlənib.
Hadisə
4 Oktyabr , 2022 22:40
Goranboydakı yanğında tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda yanğın zamanı tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Yolqulular kənd sakini, 1981-ci il təvəllüdlü T.Hüseynova məxsus fərdi evin həyətində olan tövlədə və dama yığılmış ot tayasında başvermiş yanğın zamanı onun qardaşı, 1986-cı il təvəllüdlü S.Hüseynov tüstüdən zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, hadisə zamanı ailənin daha bir neçə üzvü həyəcan keçirdiklərinə görə özlərini pis hiss ediblər. Onlara isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

21:29

Goranboy rayonunun Yolqulular kəndində tövlə və ot tayası yanıb, bir nəfər tüstüdən zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakininə məxsus fərdi yaşayış evin həyətində olan ümümi sahəsi 90 kvadratmetr olan tövlədə başvermiş yanğın zamanı ev bir nəfər tüstüdən zəhərlənib və xəstəxanaya aparılıb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi