Goranboyda qadını avtomobil vuraraq öldürüb

Goranboyda qadını avtomobil vuraraq öldürüb Goranboyda qadın piyadanı avtomobil vuraraq öldürüb 
Hadisə
2 Avqust , 2021 11:14
Goranboyda qadını avtomobil vuraraq öldürüb
0 : 00
0 : 00

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı "Nissan" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu sutka ərzində Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən 3-cü hadisədir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi