Goranboyda müşahidə olunan güclü külək irigövdəli ağaclardan birini aşırıb.
“Report”un Qərb bürosunun məlumatına görə, külək səbəbindən Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən və 70-ə yaxın yaşı olan Qovaq ağacını kökündən çıxarıb.
Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb, telekommunikasiya təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.