Goranboyda fərdi yaşayış evi yanıb - FOTO
Hadisə
- 29 dekabr, 2016
- 15:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy. 29 dekabr. REPORT.AZ/ Goranboy rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində Laçın rayonundan məcburi köçkün olan Soltan Cəfərova məxsus evdə baş verib.
Məlumata görə, yanğın ev sahibləri mənzildə olmadığı vaxt qeydə alınıb. Nəticədə qonşular yanğınsöndürənləri hadisə yerinə çağırıblar. Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürərək digər tikilərə keçməsinin qarşısını alıblar.
Ancaq 48 kvadratmetr sahəsi olan ev əşyaları ilə birlikdə yanaraq yarasız hala düşüb. Ev sahibi yanan mənzildə müəyyən miqdarda pul və qızıl-zinət əşylarının da yandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:38
Hörmüz boğazında üç neft tankeri minaya düşüb
Digər ölkələr
14:36
Xocalıda özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb
Sosial müdafiə
14:32
Xətai Tibb Mərkəzində bütün mürəkkəb göz əməliyyatları icra olunacaq
Sağlamlıq
14:22
TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq
Sağlamlıq
14:21
Foto
Video
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
İncəsənət
14:21
MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
İKT
14:20
Bu gün Xətai Tibb Mərkəzində Göz Xəstəlikləri və Cərrahiyyəsi Şöbəsi fəaliyyətə başlayır
Sağlamlıq
14:17
Lavrov: Moskva yaxın vaxtlarda "3+3" regional formatında görüşün keçiriləcəyinə ümid edir
Region
14:13
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
Digər ölkələr