Prokurorluq: "Goranboyda uşağı anasının tanışı öldürüb"
Hadisə
- 23 avqust, 2021
- 11:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.
Goranboy rayon prokurorluğundan "Report"a verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İkram Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam etdirilir.
Son xəbərlər
04:31
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol