Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var 

Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var  Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
31 May , 2023 21:22
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var 

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxması nəticəsində 1994-cü il təvəllüdlü Şəfa Quluzadə və 1993-cü il təvəllüdlü Novruz Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi