Goranboyda avtomobil qəzası nəticəsində bir neçə nəfər yaralanıb

Goranboyda avtomobil qəzası nəticəsində bir neçə nəfər yaralanıb Goranboy. 12 noyabr. REPORT.AZ/ Goranboy rayonunda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 noyabr 2018 19:34
Goranboyda avtomobil qəzası nəticəsində bir neçə nəfər yaralanıb
Foto: Report.az

Goranboy. 12 noyabr. REPORT.AZ/ Goranboy rayonunda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Fəxralı kəndində baş verib.

Minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1982-ci il təvəllüdlü İlahə Xoyluyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi