Goranboyda avtomobil 71 yaşlı kişini vurub

Goranboyda avtomobil 71 yaşlı kişini vurub Goranboy. 10 noyabr. REPORT.AZ/ Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
10 Noyabr , 2018 21:20
Goranboyda avtomobil 71 yaşlı kişini vurub

Goranboy. 10 noyabr. REPORT.AZ/ Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi