Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 İyun , 2021 01:35
Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Fərrux oğlu Məmmədovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi