Goranboy. 5 iyul.
"Report"un Qərb bürosunun məlumatına görə, “Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb.
Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
*** 16:14
Goranboy rayonunda ağır avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınmış qəzada ölən və yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


