Yuxarı

Goranboyda 38 yaşlı kişi qonşusu tərəfindən küt ailətlə döyülüb

​Goranboyda 38 yaşlı kişi qonşusu tərəfindən küt ailətlə döyülüb

Goranboy rayonunda qonşular arasında dava ilə nəticələnən mübahisə yaranıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kələk kəndində qeydə alınıb.

Qonşular arasında yaranmış mübahisə zamanı 38 yaşlı Sahil Sarıyev küt ailətlə döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edilir ki, bu, qonşular arasında yaranan ilk mübahisə deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi