Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub

Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Aprel , 2024 02:00
Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Eminova Güldəstə Ruslan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi