Goranboy sakini göldə çimərkən boğulub

Goranboy sakini göldə çimərkən boğulub Faktla bağlı araşdırma aparılır
Hadisə
7 İyun , 2017 11:43
Goranboy sakini göldə çimərkən boğulub

Bakı. 7 iyun. REPORT.AZ/ Goranboy rayon sakini göldə çimərkən boğulub.

"Report" xəbər verir ki, hadisə iyunun 6-da rayonun Alpout kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Vaqif Məmmədov göldə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon  şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi