Gömrükçülər Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının avtomobilindən 56 min ədəd siqaret və 37 mobil telefon aşkar edib

Gömrükçülər Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının avtomobilindən 56 min ədəd siqaret və 37 mobil telefon aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Mart , 2017 10:06
Gömrükçülər Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının avtomobilindən 56 min ədəd siqaret və 37 mobil telefon aşkar edib
Customs.gov.az

Bakı. 31 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Bundan başqa, Azərbaycan gömrükçüləri "Sınıq Körpü"də Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirib. Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi