Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib

Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF" və " Volvo" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib
Hadisə
6 İyul , 2020 13:39
Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib
0 : 00
0 : 00

Dövlət Gömrük Komitəsi (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısını alıblar.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF" və " Volvo" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 7 ədəd "İPhone 11 64 GB", 3 ədəd " İPhone 11 Pro Max 64 GB", 2 ədəd " İPhone 11 Pro 256 GB" markalı mobil telefonlar və 2 500 kapsul dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi