Yuxarı

Gömrükçülər 16 ədəd “iPhone” aşkar edib

Faktla bağlı araşdırma aparılır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində “iPhone” yazısı olan 16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi