Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb

Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb Gəncə. 17 fevral. REPORT.AZ/ Gəncə şəhərində Birinci vitse-prezident Mehriban Əliyevanın adindan ehsan süfrəsi açılıb.
Hadisə
17 Fevral , 2019 03:00
Gəncənin İmamzadə dini kompleksində ehsan süfrəsi açılıb

Gəncə. 17 fevral. REPORT.AZ/ Gəncə şəhərində Birinci vitse-prezident Mehriban Əliyevanın adindan ehsan süfrəsi açılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, "İmamzadə" dini kompleksində açılmış ehsan süfrsində minə yaxın insan iştirak edib.

Ehsanda öncə imamlarımızın ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov bildirib ki, ehsan süfrəsində qərb bölgəsində yaşayan dindarlar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, yurd-yuvalarından didərgin düşmüş məcburi köçkün və aztəminatlı ailələr iştirak edib. Həmçinin Gəncə Uşaq Evinin sakinləri üçün də ehsan payı göndərilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi