Gəncədə zəncirvari yol qəzası baş verib, ər və arvad xəsarət alıb - FOTO - YENİLƏNİB

Hadisə
  • 28 dekabr, 2018
  • 11:40
Gəncədə zəncirvari yol qəzası baş verib, ər və arvad xəsarət alıb - FOTO - YENİLƏNİB

Gəncə. 28 dekabr. REPORT.AZ/ Gəncədə yol qəzası zamanı xəsarət alanların adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Malik İsmayılov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Aygül İsmayılovadır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza nəticəsində yolda bir müddət tıxac yaranıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 14:42

Gəncədə zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar və baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.