Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
Maqnitudası 5,8 olan zəlzələ 23 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dekabrın 8-də Rusiyanın Dağıstan Respublikası ilə Gürcüstan sərhədində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri 23 km dərinlikdə yerləşib.
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.
"Report"un Qərb və Şimal-Qərb bürolarının məlumatına görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ, təxminən, 40-45 saniyə davam edib.
Həmçinin yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.