Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.
Beşmərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə baş vermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadrat metr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.
Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.