Gəncədə toydan çıxan şəxs bıçaqlandı

Gəncədə toydan çıxan şəxs bıçaqlandı Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
25 İyul , 2021 22:22
Gəncədə toydan çıxan şəxs bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında olub.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Taryel Valeh oğlu qarın nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi