Gəncədə tanınmış kikboksinq ustasının oğlu qətlə yetirilib - YENİLƏNİB

Gəncədə tanınmış kikboksinq ustasının oğlu qətlə yetirilib - YENİLƏNİB Gəncə şəhərində çay evində mübahisə zəmnində bıçaqlanaraq qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.
Hadisə
16 İyun , 2019 01:04
Gəncədə tanınmış kikboksinq ustasının oğlu qətlə yetirilib - YENİLƏNİB

Gəncə şəhərində çay evində mübahisə zəmnində bıçaqlanaraq qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, bu, yerli sakin Elnur Alıyevdir. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, E.Alıyev Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğludur.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 00:12

Gəncə şəhərində gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən çay evlərindən birində baş verib. 

Belə ki, çay evinə yığışan bir neçə gənc əvvəlcə mübahisə ediblər. Daha sonra mübahisə nəticəsində gənclərdən biri nbıçaqlnaraq qətlə yetirilib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib. 

Qətlə yetirilən gənc oğlanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi