Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb İki gün əvvəl Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb.
Hadisə
19 Fevral , 2024 09:49
Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb

İki gün əvvəl Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirən şəxsin Anar Tağıyev olması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, öncə həmin şəxslərin bir-birinə xəsarət yetirdikləri bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi