Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən ş
Hadisə
204
30 Noyabr , 2021 08:33
Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş, Əjdər Babazədə vətəndaşlara məxsus 13 ədəd su sayğacını oğurlayaraq ümumilikdə 520 manat maddi ziyan vurub.

Ə.Babazadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi