Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb, vəziyyəti ağırdır

Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb, vəziyyəti ağırdır Gəncə. 18 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində qəbiristanlıqda işləyən qadın döyülüb.
Hadisə
18 Sentyabr , 2018 17:21
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb, vəziyyəti ağırdır
0 : 00
0 : 00

Gəncə. 18 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində qəbiristanlıqda işləyən qadın döyülüb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə 1 nömrəli şəhər qəbiristanlığında baş verib. 

Belə ki, qəbiristanlıqda xadimə işləyən, 1965-ci il təvəllüdlü Dilşad İsa qızı İsmayılova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Qadının yaxınları deyib ki, D.İsmayılova qəbiristanlıqda çalışan başqa bir işçi tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi