Gəncədə qadının öldürülməsi ilə bağlı rəsmi açıqlama

Gəncədə qadının öldürülməsi ilə bağlı rəsmi açıqlama Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub
Hadisə
27 May , 2021 10:37
Gəncədə qadının öldürülməsi ilə bağlı rəsmi açıqlama

Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi