Yuxarı

Gəncədə özünü Ukrayna səfiri kimi təqdim edən qadın saxlanılıb

Araşdırmalar davam etdirilir

Gəncə. 24 may. REPORT.AZ/ Gəncə şəhərində özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluqla məşğul olan Ukrayna vətəndaşı Kifayət Qasımova saxlanılıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Qasımova ayrı-ayrı vətəndaşlardan 10 min manat, 6 min manat və digər müxtəlif məbləğlərdə pulları alaraq onları işə düzəldəcəyi adı ilə aldadıb.

İki qadın və bir kişinin şikayəti əsasında K.Qasımova Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkən şəxslərdən ikisi "Gəncə" mehmanxanasının işçiləri olub. K.Qasımova da məhz həmin mehmanxanada qalıb.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi