Gəncədə mənzildə yaşlı qadının yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB

Gəncədə mənzildə yaşlı qadının yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB Gəncə. 19 fevral. REPORT.AZ/ Gəncə şəhərində yanğın baş verən mənzildə yaşlı qadının meyiti tapılıb.
Hadisə
19 Fevral , 2019 13:35
Gəncədə mənzildə yaşlı qadının yanmış meyiti tapılıb - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Gəncə. 19 fevral. REPORT.AZ/ Gəncə şəhərində yanğın baş verən mənzildə yaşlı qadının meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb. 

Belə ki, birinci qrup əlil Taisiya Aleksandr qızı Kambulovanın yanmış meyiti evdə aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Mərhumun hadisə zamanı evdə tək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 11:49

Gəncə. 19 fevral. REPORT.AZ/Gəncə şəhərində fərdi yaşayış evində yanğın olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, , hadisə şəhərin Fərhad Əliyev küçəsi, 2-ci döngə, bina 14, mənzil 1 ünvanında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanan evdə yaşlı qadının olduğu bildirilir. 

Əlavə məlumat veriləcək.  

Son xəbərlər

Orphus sistemi