Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 22 fevral, 2019
  • 12:50
Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis idarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşylarının oğurlandığını bildirib.

Nizami RPİ-nin apardığı araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov olduğu müəyyən edilib. R.Sadıxov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.