Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində internat yataqxanasında baş vermiş yanğın söndürülüb.
FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə yataqxananın birinci mərtəbəsində olub.
Binada yaşayış olmadığından xəsarət alan olmayıb.
Məlumata görə, əvvələr yataqxanada məcburi köçkünlər məskunlaşdırılıbmış.
*** 19:19
Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub.
Hazırda 46 saylı orta məktəbin qarşısındakı internat yataqxanasında baş vermiş yanğının qarşısını almaq üçün işlər aparılır. Yanğın nəticəsində xəsarət alanın olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.