Gəncədə iki piyadanı avtomobil vurub
Hadisə
- 27 dekabr, 2017
- 15:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 27 dekabr. REPORT.AZ/ Gəncə şəhərində iki piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Hər iki yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, yaralılardan birinin ayağı sınıb, digəri isə kəllə-beyin travması alıb.
Bunlar Daşkəsən rayon sakinləri - 1972-ci il təvəllüdlü Etibar Bağırov və 1963-cü il təvəllüdlü Qafqaz Rəhimovdur. Onların sərxoş vəziyyətdə yolu keçdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:06
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Digər ölkələr
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr