Gəncədə həyat yoldaşını və qayınatasını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- 05 mart, 2019
- 05:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Gəncədə qətl törətməkdə təqsirləndirilən Məsim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 18-i saat 01 radələrində Gəncə şəhərində baş verib. Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü M.Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanın Gəncə şəhərində yaşadıqları ünvana gələrək odlu silahdan atəş açmaqla öldürüb. Daha sonra o, hadisə yerindən özünə məxsus avtomobillə qaçıb.
Polis əməkdaşları tərəfindən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.