Gəncədə ərzaq mağazasından 1 500 manatlıq oğurluq edilib

Gəncədə ərzaq mağazasından 1 500 manatlıq oğurluq edilib Faktla bağlı cinayət işi açılıb
Hadisə
3 Aprel , 2017 13:04
Gəncədə ərzaq mağazasından 1 500 manatlıq oğurluq edilib
Courtesy İmage

Gəncə. 3 aprel. REPORT.AZ/ Gəncə şəhərində ərzaq mağazasından oğurluq edilib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Gəncə Dəmir Yolu Vağzalının ərazisində yerləşən mağazalardan birində baş verib. 

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən mağazanın qapısı sındırılaraq içəri daxil olunub və oradan ümümi dəyəri 1500 manata yaxın olan, küllü miqdarda, spirtsiz içkilər, tütün məmulatları və qida məhsulları oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi