​Gəncədə binaların fasadlarına vurulan üzlüklərin sökülməsinə başlanılıb - FOTO

​Gəncədə binaların fasadlarına vurulan üzlüklərin sökülməsinə başlanılıb - FOTO Söküntü 15-ə yaxın binada aparılır
Hadisə
23 May , 2015 19:28
​Gəncədə binaların fasadlarına vurulan üzlüklərin sökülməsinə başlanılıb - FOTO

Bakı. 23 may. REPORT.AZ/ Gəncə şəhərində binaların fasadlarına vurulan poliuretan üzlüklərin sökülməsinə başlanılıb.

“Report” xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən faciəli yanğın hadisəsindən sonra Gəncə şəhərində də təhlükəsizlik tədbirləri gücləndirilib.

Hazırda şəhərdə İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında 15-ə yaxın 9 və 5 mərtəbəli binanın yanmağa həssas olan üzlükləri sökülür.

Söküntü işləri başa çatdıqdan sonra binaların fasadının hansı üzlüklər ilə üzlənəcəyinə qərar veriləcək.

Son xəbərlər

Orphus sistemi