Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Hadisə
12 Avqust , 2024 09:26
Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə şəhərində qeydə alınan yol-nəqliyyat hadisəndə xəsarət alanların sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Yeni Gəncə qəsəbəsində baş verən zəncirvari avtomobil qəzası nəticəsində daha üç nəfər - 2004-cü il təvəllüdlü Asiman Əlizadə, 2005-ci il təvəllüdlü Vüqar Əliyev və 2005-ci il təvəllüdlü Aydın İsmixanov da xəsarət alıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, qəza bir KIA və iki "Chevrolet" markalı avtomobilin iştirakı ilə qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

03:04

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə Qəsəbəsində qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü Elcan Babayev, 1994-cü il təvəllüdlü İntiqam Tanrıquliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi